13 C
Baku
Sunday, October 20, 2024

Azərbaycanda tikinti materiallarının istehsalında azalma

2020-ci ilin yanvar-may aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 264,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Tikinti gipsinin istehsalı 3,6 dəfə, tikinti kərpicinin istehsalı 17,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 4,4 faiz artmış, betondan yığma tikinti konstruksiyalarının istehsalı 0,6 faiz, tikinti əhənginin istehsalı 37,2 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8 faiz, asfaltın istehsalı 48,0 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 74,6 faiz azalmışdır.

Sementin istehsalı 6,2 faiz azalma ilə 1 250,4 min ton təşkil edib.

Armatur istehsalı 21% azalaraq 97,7 min ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər