2025-ci ilin III rübündə Azərbaycanda tikinti materiallarının qiymətləri illik müqayisədə orta hesabla az da olsa artım göstərib, lakin ilin əvvəlindən bəri bəzi məhsullarda azalma müşahidə olunur.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə ən çox bahalaşan məhsullar arasında kərpic 5 faiz artımla ön sırada yer alıb.
Kəsilmiş taxta və divar kağızı üçün yapışqan isə 2,5 faiz artımla onu izləyib. Su tənzimləyici cihaz və sulu boya da illik qiymət artımı ilə diqqət çəkib. Digər tərəfdən, ilin əvvəli ilə müqayisədə bir çox məhsul ucuzlaşıb: kanalizasiya borusu 5,5 faiz, sement 4,2 faiz, su tənzimləyici cihaz isə 3,7 faiz ucuzlaşıb.
Həmçinin parket üçün lak və plastik pəncərə qiymətlərində də nəzərəçarpan endirimlər olub.
Qeyd edək ki, 2025-ci ilin ilk üç rübündə tikinti-quraşdırma işlərində qiymətlər üçüncü rübdə 2 faiz artıb.








