Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilib

Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilib.

Prezident İlham Əliyev bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib

Dəyişikliklə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.

Əvvəllər isə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 il idi.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər