7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda tikinti şirkəti zərərlə üzləşib

Azərbaycanda yaşayış və qeyri-yaşayış binaların tikintisi ilə məşğul olan “MAKSIMUS” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci il üzrə maliyyə hesabatında ili zərərlə bitirdiyi məlum olub.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, hesabat ilində onun gəlirləri 2.75 mln. manat gəlir əldə etmiş və gəlirləri xərcləri qarşılamayıb.

Beləliklə, 2022-ci ili 58.27 min manat zərər etmişdir.

Bununla belə, 1 yanvar 2023-cü il tarixinə onun balansında 1 mln. 148 min üzərində bölüşdürülməmiş mənfəət qalmaqdadır.

Şirkətin aktivlərinin həcmi hesabat dövründə 31.35 mln. manatdan 28.5 mln. manata düşüb.

Xatırladaq ki, “MAKSIMUS” MMC 2004-cü ildə təsis edilib, Sumqayıtda dövlət qeydiyyatına alınıb. 10 manatlıq nizamnamə kapitalı Muxtar Gülməmmədov Əşrəf oğluna məxsusdur.

43567890 987654345678908765432

Son xəbərlər
Digər xəbərlər