“1st Construction” Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, MMC-nin vergi borcu 463 488.64 manatdır. Bu vergi borcu 04.04.2023-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Gilan İnşaat” MMC adını dəyişdirərək “1st Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərib.