Azərbaycanda beynəlxalq kart təşkilatlarının dəstəyi ilə token əməliyyatlarından geniş istifadə olunur.
Bunu VII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, “Apple Pay” və “Google Pay” ödəniş kanalları vasitəsilə ödənişlər aktivləşib. Bu ilin 9 ayında Azərbaycanda token əməliyyatlarının həcmi 1.9-2 milyard manata çatıb. Post terminalla aparılan əməliyyatlarda token ödənişlərinin payı 27%-ə çatıb. O bildirib ki, təmassız ödəmələrdə daha çox mobil cihazlara üstünlük verilib.