13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda toy sənayesi

Ölkədə toy sənayesi mövcudluğun təsdiqini tapmaq üçün qarşılıqlı əlaqələrində iqtisadi hissəyə baxaq. A şəxs öz oğluna toy etmək üçün şadlıq sarayına bütün məsələlərin həlli üçün vəsait ödəyir. Şadlıq sarayı toyu təşkil etmək üçün üzərinə düşən öhdəliklər:
1. Şadlıq sarayının tərkibində ansambıl yoxdursa onu təşkil etmək.
2. Xüsusi oxumaq üçün fərdi qonaq lazım olarsa onu dəvət etmək.
3. Texniki tərəfdən çəkilişi aparmaq üçün studiya yoxdursa, hər hansı bir studiya ilə müqavilə bağlamaq.
4. Xüsusi rəqs qrupu yoxdursa rəqqasları ora cəlb etmək.
5. Bəylə gəlini aparmaq üçün avtomobil icarəyə götürmək üçün, avtomobil icarəsi ilə məşğul olan şirkətlə müqavilə bağlamaq.
6. Avtomobili fərdi qaydada idarə etmək üçün sürücü ilə müqavilə bağlamaq.
7. Toyun təşkilində xüsusi senariya görülən işin həyata keçirilməsi üçün yenə də, toy təşkilatçıları ilə müqavilə bağlamaq.
8. Bəzən şadlıq sarayları ofisantları kənardan cəlb edirlər, mikrosahibkarla müqavilə bağlamaq.
Gəlinlə bəy məsələsinə gəlincə buranı da aşağıdakı kimi səciyyələndirmək olar.
1. Bəy və gəlinin xüsusi paltarın alınması.
2. Saçlarının formaya salınması.
3. Xüsusi nömrələr təşkil etmək üçün rəqsə nömrələrin hazırlanması.
4. Story love təşkili üçün rejisyor, operator, fotoqraf cəlb etmək.
5. Gəlin və bəyin ev məsələsində təmir işlərin aparılması, yeni avadanlıqların alınıb quraşdırılması və sair.
6. Suvenirlərin və şirniyyatların alınması və sair.
Göründüyü kimi, azərbaycanda toy adət ənənələri artıq çoxfunksiyalı müəssisəyə, sistəmə, sənaye parkına də bənzətmək olar. Pandemiya dövrü isə bu sistemə böyük ziyan vurub. Deməli kimlərsə gəlirindən və işindən məhrum olub. Düzdü dövlət çalışır bu baxımdan həmin sahibkarlara yardım etsin. Amma məsələ hələ də açıq qalır.
Ümid edirəm ki, tezliklə toy sənayesinin durğunluğu aradan götürüləcək.

Rauf Qarayev, iqtisadçı-ekspert. 

Son xəbərlər
Digər xəbərlər