23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda “Tullantıdan enerji” zavodunun tikilməsinə dair memorandum imzalanıb

“Masdar” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında “Tullantıdan enerji” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar Future Energy Company” (“Masdar”) şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə günəş elektrik stansiyası layihəsinə həsr olunmuş təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) arasında Memorandumu AİŞ tərəfindən icraçı direktor Ülvi Mansurov, “Masdar” şirkəti tərəfindən isə Baş icraçı direktor Mohammad Jameel Al Ramahi imzalayıblar.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilir ki, layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə tullantıların utilizasiyası zamanı enerji istehsal edilməsidir.

“Masdar” şirkətinin apardığı ilkin təhlil əsasında tikilməsi Qərb regionunda (Gəncə) nəzərdə tutulmuş zavodun emal gücü (tullantıların utilizasiyası) ildə 300 min ton ehtimal olunur.

Qeyd edək ki, 2006-ci ildə BƏƏ-də yaradılmış “Masdar” şirkətinin əsas fəaliyyət istiqaməti bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və onlara investisiya qoyulmasıdır. Hazırda şirkət Avstraliya və BƏƏ-də “Tullantıdan enerji” zavodu layihələrini icra edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər