2024-cü ildə Azərbaycanda turagentlər və turoperatorlar 166.4 milyon manat gəlir əldə edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda turagentlər və turoperatorların 2023-cü ildə əldə etdiyi gəlirlər 78.8 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfədən çox artım deməkdir.
Turagentlər və turoperator fəaliyyəti ilə məşğul olan müəssisələrdə işçilərin sayı 2 132 nəfər təşkil edib.