Milli turizm orqanı tərəfindən ölkə üzrə vahid vizual standarta malik məlumatverici-göstərici lövhələr quraşdırılacaq.
Bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, milli turizm orqanı tərəfindən ölkə üzrə vahid vizual standarta malik məlumatverici-göstərici lövhələrin quraşdırılması turizm ehtiyatlarının turistlər tərəfindən qavranılmasının asanlaşdırılması və daha əlçatan olması ilə nəticələnəcək.