Son dövrlər qeyr-neft sektorunun inkişafı çərçivəsində turizmin inkişafı üçün geniş imkanlar yaranıb. Azərbaycana gələn əcnəbilərin sayında artım yetərincə hiss olunur.
Mərkəzi Bankın məlumatına əsasən, 2017-ci ilin ilk altı ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93% artaraq 507 milyon manat olub. 2016-cı ilin birinci yarısında bu rəqəm 263, il ərzində isə 602 milyon manat olmuşdu.
Nəzərə alsaq ki, bu rəqəm hələ onların səfərdən qabaq və ölkə daxilində nağd ödənişləri daxil deyil, belə nəticə çıxır ki, əcnəbilər Azərbaycanda daha çox pul xərcləyiblər.
Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub.