Azərbaycanda COVID-19 pandemiyasının ölkəyə ayaq basdığı gündən ölkənin turizm və xidmət sektorundakı işləyənlərin sayında 3.2 min azalma müşahidə edilib.
Bu barədə məlumat Banker.az-a Dövlət Statistika Komitəsindən daxil olan məlumatda bildirilir.
Məlumata görə, özəl şirkətlərdə çalışan turizm işçilərinin sayı ölkə üzrə 26.7 min olub. 1 noyabr tarixinə isə 12 faiz azalıb.
| Tarix | Özəl sektorda işçi sayı |
| 01 mart 2020 | 26.7 |
| 01 aprel 2020 | 26.6 |
| 01 may 2020 | 24.7 |
| 01 iyun 2020 | 25 |
| 01 iyul 2020 | 24.9 |
| 01 avgust 2020 | 23.1 |
| 01 sentyabr 2020 | 23.3 |
| 01 oktyabr 2020 | 24.2 |
| 01 noyabr 2020 | 23.5 |








