15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda turizm şirkətləri üçün yeni ödəniş sistemi təqdim edilib

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) arasında əldə olunmuş razılığa əsasən “Yeni nəsil qarşılıqlı ödəniş sistemi”nin (“NewGen ISS”) yerli turizm şirkətləri üçün təqdimatı keçirilib.

Assosiasiyanın təşkilatçılığı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının dəstəyi ilə keçirilən təqdimatda 60 yaxın şirkət təmsilçisi iştirak edib.

Təqdimatın keçirilməsində məqsəd “NewGen İSS” sisteminin modullarının ətraflı izah edilməsi, eləcə də İATA–ya üzv olan turizm şirkətləri tərəfindən lazımi tədbirlərin görülməsi üçün müvafiq məlumatların verilməsindən ibarətdir.

Qeyd edək ki, “Yeni nəsil qarşılıqlı ödəniş sistemi”nin əsas məqsədi aviaşirkətlər və turizm şirkətləri üçün operativ, təhlükəsiz, səmərəli maliyyə həllərinin təqdim olunmasından, eləcə də “BSP IATA” sisteminin modernləşdirilməsindən ibarətdir. Yeni sistem aviaşirkətlərə sürətli qarşılıqlı hesablaşmalar, gəlirlərin təhlükəsizliyi və xərclərin səmərəli bölüşdürülməsi, turizm şirkətləri üçün isə fərdi məhsullar və xidmətlərin təqdim olunması, müştərilərə dəstək alətlərinin yaxşılaşdırılması, eləcə də səmərəli biznes həllərinin əldə edilməsinə imkan yaradacaq. Bundan əlavə, yeni nəsil sistemləri sənaye iştirakçılarının ehtiyaclarını daha yaxşı qarşılamaq üçün aviaşirkətlər və agentlər üçün müştərilərin sutka ərzində dəstəyini təmin etmək üçün nəzərdə tutulub.

“NewGen ISS” sistemi ölkəmizdə fevralın 16-da tətbiq olunacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər