Azərbaycanda türk şirkətinin nümayəndəliyi açılıb.
Banker.az xəbər verir ki, “Ask Müşavirlik Bilişim Danışmanlıq Dış Ticaret Limited” şirkəti Azərbaycanda nümayəndəlik açır.
Yeni yaradılan nümayəndəliyin qanuni təmsilçisi Türkiyə Respublikasının vətəndaşı olan Deniz Kağan Fatih adlı şəxsdir.”Ask Müşavirlik Bilişim Danışmanlıq Dış Ticaret Limited” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr ev 106 m 44 ünvanıdır.
Bildirək ki, “Ask Müşavirlik Bilişim Danışmanlıq Dış Ticaret Limited” şirkəti 500 min lirə kapitalı ilə Sinan Uğurluoğlu və Kağan Fatih Deniz tərəfindən yaradılıb.