9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda tütün ixracı 3 dəfə artıb, lakin daxildə məhsul yığımı kəskin düşüb

Azərbaycan cari ildə tütün yığımın ixracını artırsa da, daxildə onun istehsalı azalıb.

Banker.az xəbər verir ki, Azərbaycan cari ilin ilk səkkiz ayında 2 665 ton həcmində tütün yarpağı yığılıb.

Bu da illik müqayisədə 32% azdır.

Azərbaycanda tütün yarpağının yığımındakı azalma ən çox elə ən çox tütün yığılan Şəki-Zaqatala iqtisadi rayonunda müşahidə edilib. İqtisadi rayon ərazisində 2 549 ton tütün yarpağı yığılmış, bunun da 2 216 tondan çoxu Şəki rayonunda yığılıb.

Şəki rayonunda tütün yığımı ötən ilin ilk səkkiz ayında 3 386 ton həcmində tütün yarpağı yığılmışdı.

İXRAC YÜKSƏLİB

2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan xaricə 4 232 ton həcmində tütün məhsulu ixrac edib ki, bunun da dəyəri 13.26 milyon dollardır.

İxrac miqdarı illik müqayisədə 2 dəfədən çox yüksəlib.

İxrac edilmiş tütün məhsuldarından 2 803 tonu (10.44 mln. dolları) orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün olub. Bu məhsulun həcmi illik müqayisədə 3 dəfə çoxalıb.

Azərbaycan tütünü bu ölkələrə satıb:

Ölkə Miqdar, ton Həcm, min $
Belarus 2480.01 9495.64
Türkiyə 200 596.8
Gürcüstan 41.57 385.58
Rusiya 118.08 332.11

 

Son xəbərlər
Digər xəbərlər