Bu ilin yanvar ayında “Twitter”ın Azərbaycanın sosial media bazarında payı 25.17%% təşkil edib.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, dekabr ayı ilə müqayisədə onun istifadəçilərinin ölkə üzrə fəallığı 19.59 % artıb. Qeyd edək ki, populyarlığına görə “Twitter” ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Facebook” qərarlaşıb ki, Azərbaycanın sosial media bazarında “Facebook”un payı 20.27% olub. 2020-ci ilin dekabr ayı ilə müqayisədə Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı 0.23% artıb.
Üçüncü yerdə qərarlaşan “İnstagram”in Azərbaycanın sosial media bazarında payı 20.1% təşkil edib.