15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda üç bank SWIFT-in Rusiya analoquna qoşulub

Azərbaycanın üç bankı SWIFT-in analoqu olan Rusiya Federasiyası Mərkəzi Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sistemini tətbiq edib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Mir ödəniş sisteminə gəlincə, bu mövzu çox və çox aktualdır: artıq üç Azərbaycan bankı Rusiya Mərkəzi Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sisteminə qoşulub”, – deyə Lavrov söyləyib.

Hansı bankların bu sistemə qoşulduğu açıqlanmayıb.

Xatırladaq ki, hələ noyabrın əvvəlində Rusiya Mərkəzi Bankının və onun digər ölkələrdəki həmkarlarının SWIFT-in analoqu üzərində işlədiyi məlum olub. Noyabrın 1-də Rusiyanın baş nazirinin müavini Aleksandr Novak İran banklarının Maliyyə Mesajlarının Ötürülməsi Sisteminə qoşulmasının planlaşdırıldığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər