İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac nəticəsində Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verilib.
Banker.az xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən 11 noyabr hərracında Balakəndə yerləşən “Təpəçöl” gil yatağının 1.6 hektar sahəsi, Goranboyda “Qarasuçay” qum-çınqıl yatağının 8 hektar sahəsi, Daşkəsəndə “Bayan” üzlük daşı yatağının 0,5 hektar sahəsi istifadəyə verilib.
Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısını təqdim edirik:
Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı | |||||||||
S/S | Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Başlanğıc qiyməti | Yekun qiyməti (manatla) | Hərracın qalibi |
1 | Bayan | LOT-1 | 172 980 m3 | 0,5 ha | Üzlük daşı | 20 il | 17 298 | 17 298 | Nadirov Araz Ələsgər oğlu |
Balakən rayonu “Təpəçöl” gil yatağı | |||||||||
S/S | Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Başlanğıc qiyməti | Yekun qiyməti (manatla) | Hərracın qalibi |
1 | Təpəçöl | LOT-1 | 24 074 m3 | 1,6 ha | Gil | 3 il | 2 407 | 2 407 | 2. “REDSTONE” MMC |
Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı | |||||||||
S/S | Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Başlanğıc qiyməti | Yekun qiyməti (manatla) | Hərracın qalibi |
1 | Qarasuçay | LOT-1 | 135 000 m3 | 3 ha | Qum-çınqıl | 6 il | 13 500 | 13 500 | 1. “Gəncə Körpü Tikinti-2” ASC |
2 | Qarasuçay | LOT-2 | 225 000 m3 | 5 ha | Qum-çınqıl | 9 il | 22 500 | 22 500 | 2. “Gəncə Körpü Tikinti-2” ASC |