Azərbaycanda tanınmış üç marketə cərimə protokolu yazılıb.
“Bazarstore” MMC, “Araz supermarket” MMC və “Bizim market” MMC barələrində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclaslarının vaxtı hələlik məlum deyil.