2022-ci ilin avqust ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı artıb.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata əsasən, avqustda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 18.2 min nəfər və ya 0.39% artıb. 2022-ci ilin 1 sentyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 4.74 mln. nəfər təşkil edib.