10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil olunacaq

Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər.

Bunu noyabrın 8-də SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.

X.Yusifzadə qeyd edib: “Allahın köməyi ilə üçüncü milyard ton neftin hasilatına bu gündən başlandı. Biz üçüncü milyarda nə vaxt çata bilərik? Hesablamalar göstərir ki, biz Azərbaycanda üçüncü milyard ton nefti təqribən 2060-cı ildə hasil edə bilərik”.

O əlavə edib ki. Azərbaycanda 2 trilyon kubmetr qaz isə daha tez – 2055-ci ildə hasil edilə bilər.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər