Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2022-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnozlar hazırlanıb.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.
Həmin göstəricilərinə əsasən baza ssenaridə (neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55.0 ABŞ dolları, 2023-2025-ci illər üzrə 50.0 ABŞ dolları fərz edilməklə) cari ildə ölkədə ÜDM-in real artımı 4.6 faiz olmaqla 82.3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 5.2 faiz olmaqla 55.1 milyard manat təşkil edəcəkdir.
Proqnozlara əsasən ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87.5 milyard manat, 2025-ci ildə isə 102.6 milyard manata qədər artacağı gözlənilir.
ÜDM-ninrealartım tempi
Qeyd edilir ki, iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2025-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72.9 faizə, neft sektorunun payının isə 27.1 faizə bərabər olacağı proqnozlaşdırılır.