10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ÜDM istehsalı 100 milyard manatı keçdi

2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100.9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.5 faiz çox ümumi daxili məhsul istehsal olunub. 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 90812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Banker.az DSK-ya istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3.1 faiz artmışdır.

ÜDM istehsalının 41.3 faizi sənaye, 9.9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.0 faizi tikinti, 2.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.7 faizi informasiya və rabitə sahələrinin, 18.0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.4 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 9938.7 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər