10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda gənc deputatlığa namizədliyini verir

Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyini irəli sürməyi planlaşdıran, çoxsaylı uğurlu layihələrin gənc rəhbəri Zaur Darabzadə “Gənc nəslin yeni yanaşmaları ilə yaşlı nəslin təcrübəsinin birləşdirilməsinə ehtiyac var” adlı məqalə yazıb.

Məqaləni təqdim edirik:

İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar.

Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik.

Çünki bu, hər bir cəmiyyətdə var.

Bu fikirləri bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdikdən sonra kompleksin əməkdaşları ilə görüşündə çıxışı zamanı bir daha bəyan etdi.

Müasirləşmə əsasən əhalinin rifah halının yaxşılaşması və layiqli həyat səviyyəsinin təmin olunmasında özünü təcəssüm etdirməlidir. Məsələn, intellektual gənc nəslin əməyindən düzgün istifadə edilməsi ölkəmizdə ictimai xidmətlərin göstərilməsinə yeni nəfəs gətirdi. “ASAN xidmət” vasitəsilə vətəndaş məmnunluğu tam təmin olundu, süründürməçilik və neqativ hallarla üzləşdiyimiz xidmətlərin həyata keçirilməsində şəffaflığın yaranmasına nail olundu.

Respublikamızda xüsusən son illərdə sahibkarlar üçün yaradılmış əlverişli mühit qeyri-neft sektorunun mövcud imkanlardan düzgün istifadə edilməsi, bu sektorun potensial imkanlarını genişləndirdi, yeni istehsal sahələri yaradılaraq idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsini yüksəltdi, ixrac qabiliyyətini artırdı və bu tendensiya kompleks şəkildə inkişafa doğru davam etməkdədir.

Bu cür inkişaf və tərəqqi, vətəndaş məmnunluğunun yaradılması, sosial problemlərin mərhələli şəkildə həll edilməsi yeni yanaşmalardan, ideyaların reallaşmasından, gənclərlə işin düzgün təşkil edilməsindən irəli gəlir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti ictimai-siyasi həyatın müxtəlif sferasında onların sərbəst iştirakını təmin edir. Gənclər siyasəti çoxşaxəlidir, çox spektrlıdır.

Bu gün Azərbaycan gənci dövlət idarəçiliyinin müxtəlif istiqamətlərində, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə geniş karyera imkanlarına malikdir. Lakin cəmiyyət olaraq hər birimizdə mühafizəkar fikirlər dərin kök salıb. Bu, sterotiplərin, təfəkkürün dəyişdirilməsinə, nəsillərarası ziddiyyətlərə yol vermədən gənc nəslin yeni yanaşmaları ilə yaşlı nəslin təcrübəsinin birləşdirilməsi dövlətimizin daha sürətli inkişafına doğru atılmış ən doğru addım olacaqdır. Və yuxarıda qeyd edilən çağrışlar məhz gənc nəsilin bu imkanları dəyərləndirməsi üçün resursların bəyan edilməsidir.

Son xəbərlər
Digər xəbərlər