Bu ilin yanvar-iyul aylarında ölkədə 44 473,1 mln manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 4 499,5manata bərabər olub.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3%, sənayedə 3,3%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6%, digər xidmət sahələrində 1,7% artıb, tikintidə isə 9,1% azalıb.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3%, neft-qaz sektorunda isə 1,9% artıb.