“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs Türk Hava Yolları Anonim Ortaqlığının Azərbaycan Nümayəndəliyi ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının INHA Universiteti arasında həyata keçirilən beynəlxalq İkili Diplom Proqramı çərçivəsində yerli Rəhbər komitə üzvlərinin, Proqram direktorunun, Proqram katibinin, Bakı Mühəndsilik Universitetinin yerli professor-müəllim heyətinin, Yay məktəbində təhsil alacaq tələbə və qrup-rəhbərlərinin, Koreya Respublikasında təhsil alacaq son kurs tələbələrinin Bakı (GYD) – İnçon (INC) arasındakı gediş-gəliş üçün aviabiletlərin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 576.300 manatdır.