Elmi tədqiqat institutları mövcud ali təhsil müəssisələrinin nəzdində yaradılacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hansı universitetlərin olacağı məsələsi təhlil edilməlidir: “Hansı universitet lazımi kriteriyalara cavab verəcəksə onun da əsasında yaradılacaq. Yəqin ki, bizim də vacib universitetlərimiz olacaq”.