8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda unun qiyməti ucuzlaşıb

Ölkə ərazisində satılan unun qiyməti ucuzlaşıb.

Belə ki, unun bütün növlərinin qiymətində bir ay əvvəlki ilə müqayisədə 1 manata qədər ucuzlaşma müşahidə olunur.

Maraqlıdır, görəsən, bu vəziyyət – yəni unun ucuzlaşması çörəyin qiymətinə də təsir edəcəkmi?

Çörək zavodunun əməkdaşı Zöhrab Cabbarov qeyd edib ki, çörəyin qiymətində ucuzlaşma hələlik gözlənilmir. Çünki qiymət fərqi çox azdır.

Ekspertlər isə hesab edirlər ki, proseslər belə davam edərsə, qiymət azalması çörək, həmçinin digər un məmulatlarına da təsir edəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və un məmulatlarının qiyməti sentyabr ayında əvvəlki aylarla müqayisədə 4.8 faiz artıb. Bu dövrdə pərakəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdə olub.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər