0 C
Baku
Thursday, February 20, 2025

Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı

Azərbaycanda unun son topdansatış qiymətləri məlum olub.

Banker.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən bildirir ki, fevralın 18-dən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.80-28.20 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC və “Dəvəçi-Dəyirman” MMC (26.80 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik). Daha əvvəl isə “Dəvəçi-Taxıl” MMC-yə məxsus unun qiyməti 26 manat, “Dəvəçi-Dəyirman” MMC-yə məxsus unun qiyməti 26.60 manat idi.

Xidmət eyni zamanda, un istehsalçılarının topdansatış məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair siyahını da yayıb.

Həmin siyahını təqdim edirik:

hh

Son xəbərlər
Digər xəbərlər