Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı – SİYAHI

Azərbaycanda unun topdansatış qiymətləri mart ayında demək olar ki, dəyişməyib.

Banker.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, 16 mart 2026-cı il tarixinə ölkədə un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq kisənin qiyməti əsasən 26.10–28.60 manat intervalında formalaşıb.

Aylıq müqayisə göstərir ki, 19 fevral 2026-cı illə müqayisədə qiymətlərin böyük hissəsi sabit qalıb. Bununla belə, bəzi müəssisələrdə cüzi dəyişikliklər qeydə alınıb.

▫️ “ATS Mill” MMC-də 50 kq un kisəsinin qiyməti 27.70 manatdan 27.50 manata enib.

▫️ “Orxan Un” MMC-də qiymət 27.70 manatdan 27.80 manata yüksəlib.

▫️ “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-də isə qiymət 27.55 manatdan 27.70 manata artıb.

Digər əsas istehsalçılarda qiymətlər dəyişməyib. Məsələn, Dəvəçi-Taxıl MMC-də unun topdansatış qiyməti 26.10 manat, Dəvəçi-Dəyirman MMC-də 26.50 manat, Bakı Taxıl Terminalı MMC, Karmen MMC, PAK-NUR firması və bir sıra digər müəssisələrdə isə 27.70 manat səviyyəsində qalıb.

Eyni zamanda bazarda ən yüksək qiymət “Azeri-Arapoğlu U.S. və T. LTD BM” tərəfindən 28.60 manat, ən aşağı qiymət isə “Dəvəçi-Taxıl” MMC tərəfindən 26.10 manat səviyyəsində təklif olunub.

43593859583

Son xəbərlər
Digər xəbərlər