“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023–2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni qanunun hazırlanmasını təmin etməlidir.