Banker.azın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, qrupun yaradılmasının əsas məqsədi müştərilərin maliyyə vəsaitlərinə və innovativ bank məhsullarına çıxışının asanlaşdırılması, onlara göstərilən bank xidmətlərinin maya dəyərinin aşağı salınması və müştəri məmnunluğunun təmin edilməsi imkanlarının araşdırılmasından ibarətdir.
Bunu əsas tutaraq, qrup öz fəaliyyətində Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə kartlı ödəniş sistemləri, alternativ xidmət kanalları (internet bankçılıq, mobil bankçılıq, ATM, Çağrı Mərkəzi və s.), ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, bu istiqamətdə xarici təcrübənin – qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsinə hədəflənməyi planlaşdır. Bundan əlavə, müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi də qrupun prioritet vəzifəsidir.
ABA-nın ofisində baş tutan bank nümayəndələrinin iştirak etdiyi ilk iclasda vahid ATM şəbəkəsinə dair beynəlxalq təcrübə, nağdsız ödənişlərin inkişafı istiqamətində mövcud imkanlar müzakirə edilib və prioritet istiqamətlər sahəsində fikir mübadiləsi aparılıb.