9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda vahid e-iştirakçılıq platforması yaradılacaq

Azərbaycanda vahid e-iştirakçılıq platforması yaradılacaq.

Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Vahid e-iştirakçılıq portalının yaradılması çərçivəsində vətəndaşlarla birbaşa əlaqə kanallarının təkmilləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsində vətəndaşlar tərəfindən verilən rəylərin toplanılması, həmçinin elektron qərarqəbuletmə prosesinin təmin edilməsi məqsədilə müvafiq tədbir görüləcək.

Qeyd edilib ki, layihə avqustun 1-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanaraq Komissiyaya təqdim edilməlidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər