2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı QANUN dəyişir – Yeni Qayda

Azərbaycanda valyuta əməliyyatları ilə bağlı Qanun dəyişir.

Banker.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu barədə məlumat verib.

Bildirib ki, “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, layihə “Valyuta tənzimi haqında” Qanuna uyğun olaraq valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması və valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması məsələlərini tənzimləyir.

Qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

Son xəbərlər
Digər xəbərlər