Azərbaycanda vençur fondlarının (risklərin diversifikasiyası məqsədilə birgə maliyyələşdirmə fondları) yaradılması ilə bağlı iş gedir. Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, bu tipli fondların yaradılması üçün hazırkı qanunvericilikdə müvafiq dəyişikliklər etmək lazımdır: “Ölkəmizdə vençur maliyyələşməsi üçün qanunvericilik aktlarının hazırlanması ilə bağlı işlər gedir. Hazırda bizim təşəbbüsümüzə dövlət qurumlarında baxılır”.
Report