14 C
Baku
Wednesday, May 15, 2024

Azərbaycanda vergi daxilolmaları 41 %-dən çox artıb

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41.6 % artaraq 9 milyard 181.4 milyon manata çatıb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də yazıb.

“İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18.2 % artaraq 5 milyard 199.4 milyon manat olub”,- nazir qeyd edib.

35019339 67a0 30bc a8e2 db696c0a2848

Son xəbərlər
 ⁠
Digər xəbərlər