10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda vergi ilə bağlı şikayətlər azalıb

2017-ci ilin I rübü ərzində vergi orqanlarına  23 875 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% azdır.

Vergilər Nazirliyindən Banker.az-a daxil olan məlumata görə, müraciətlərdən 97%-i ərizə, 2,9%-i şikayət, 0,1-i% təklif olub.

Müraciətlərin 43,7 %-i müxtəlif arayışların alınması, 22,4 %-i kameral vergi yoxlamaları, 13,0 %-i vergi borcları, 3,1 %-i vergi qanunvericiliyinin tətbiqi, 2,6% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 2,1 %-i səyyar vergi yoxlamaları, 0,6 %-i işlə təmin olunma, 0,6 %-i qəbul, 0,3 %-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 %-i operativ vergi nəzarəti tədbirləri, 0,1%-i korrupsiya hüquqpozmaları, 11,3 %-i digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 65%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına 363 faktiki şikayət daxil olub ki,  bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır. Şikayətlərin 57,6%-i kameral vergi yoxlamaları, 10,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), qalanları isə səyyar vergi yoxlamaları, vergi borcları, operativ vergi nəzarəti, korrupsiya hüquqpozmaları və digər məsələlərlə bağlı olub.

Nazirliyi Aparatına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olumuş müraciətlərin sayı (125 ədəd) 36%, şikayətlərin sayı isə 1,9 dəfə azalıb.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 996 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Son xəbərlər
Digər xəbərlər