2024-cü ildə Azərbaycanda vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi nəzərdə tutulur.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrəaksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi, tütün məmulatları və alkoqollu içkilər üzrəaksiz dərəcələrinin artırılması, vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz vədaşınar əmlakın siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlakın reyestr məlumatlarına əsasən vergi ödəyicisinin və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınması planlaşdırılır.