2023-cü il fevralın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0.3 faiz artaraq 713.8 minə çatıb.
Bu barədə Banker.az-ın Dövlət Vergilər Xidmətidən əldə etdiyi məlumatda bildirilir.
Həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 1.3 faiz artıb və 40.5 min olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 188.5 min təşkil edib.