31 C
Baku
Sunday, July 7, 2024

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

2023-cü ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.400.824 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

2021-ci il ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz (ümumi artımın 77,5 faizi), hüquqi şəxslərin sayı 9,6 faiz (ümumi artımın 22,5 faizi) artıb. Kommersiya qurumlarının sayında 10,5 faiz artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər