8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda verilən kreditlərin 50%-ə yaxını istehlak kreditləridir

1 yanvar tarixində ölkədə cəmi kredit qoyuluşu 18 542,6 mln manat təşkil  edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə kredit qoyuluşu 390.7 mln amant və yaxud 2% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşu 3 119.7 mln manat və yaxud 20% artıb.

Ev təsərrüfatı üzrə verilən kreditlər isə 7 731,8 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə  1 517.1 mln manat və yaxud 24% artım deməkdir.  Ötən ay ilə müqayisədə isə 203.7 mln manat və yaxud 3% artım qeydə alınıb.

Hazırda istehlak kreditlərinin üzrə verilən kreditlər, cəmi kreditlərində (18 542,6 milyon manat) xüsusi çəkisi  44 %-ə çatıb.

Kredit qoyuluşunda daha çox xüsusi çəkisi olan sahə isə 2 680,7 mln manatla ticarət və xidmət sektoru üzrə qoyulan kreditlərdir.  Ticarət və xidmət sektoru üzrə verilən kreditlər, cəmi kreditlərin 14.5% -ni təşkil edir.

Aşağıdakı cədvəldə real sektorun hansı sahəsi üzrə artımların olduğunu görə bilərsiniz.

Capture

Son xəbərlər
Digər xəbərlər