8 C
Baku
Wednesday, December 4, 2024

Azərbaycanda virtual operatorların fəaliyyətinə şərait yaradılacaq

Azərbaycanda yeni “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırda dövlət qurumlarında ikinci oxunuş mərhələsində razılaşdırılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov “Caspian Energy Club”ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq “Caspian Innovation Forum”da deyib.

N. Mərdanovun sözlərinə görə, yeni qanun layihəsi tənzimləmə mühitində bir sıra yeniliklər gətirəcək: “Azərbaycanda indiyədək tətbiq olunmayan qabaqlayıcı tədbirlər qanun layihəsinə daxil edilib. Bununla yanaşı, dövlətə məxsus bəzi məhdud resurslardan birgə istifadə imkanları yaradılacaq. Hazırkı qanunvericiliyə əsasən, bu resurslardan yalnız onların sahibləri istifadə edə bilər. Yeni layihə isə həmin resurslardan daha çox istifadəçinin faydalanmasına imkan verəcək”.

İKTA-nın rəhbəri bildirib ki, hazırda ölkədə üç mobil operator fəaliyyət göstərir: “Yeni qanun, virtual operatorların fəaliyyətinə şərait yaradaraq, onların sayının artmasına şərait yaradacaq”.

O, həmçinin vurğulayıb ki, hazırda provayderlər arasında infrastrukturun birgə istifadəsi razılaşma əsasında həyata keçirilir. N. Mərdanov əlavə edib ki, gələcəkdə bu proses qanun çərçivəsində məcburi xarakter daşıya bilər.

Son xəbərlər
Digər xəbərlər