Azərbaycanda hansı ödəniş sisteminin kartları ilə ödənişlərin daha çox aparıldığı məlum olub.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank kartları ilə 2025-ci ilin mart ayında 9 milyard 961.9 millyon manatlıq əməliyyatlar aparılıb.
Bu əməliyyatların 5 milyard 533.3 milyon manatı “Visa” kartları, 4 milyard 384.8 milyon manatı “MasterCard” kartları və 0.6 milyon manatı isə “American Express” ilə aparılıb. Çinin “Union Payı” ilə isə cəmi 0.04 mln. manatlıq əməliyyat aparılıb.
Qeyd edək ki, bu ilin fevral ayında 5 milyard 936.6 milyon manatı “Visa”da, 4 milyard 689.9 milyon manatı “MasterCard”da və 0.7 milyon manatı isə “American Express”lə aparılıb.