9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda viski, konyak istehsalı 9 dəfə artıb

2023-ci ilin yanvar- iyul aylarında Azərbaycanda 150.5 min dkl viski, konyak istehsal olunub ki, bu da illik müqayisədə 9 dəfə çoxdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin hesabatına əsasən, cari ilin avqustun 1-i vəziyyətinə 57 min dkl hazır viski, konyak ehtiyatı var.

Onu da qeyd edək ki, əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 11.7 faiz artım, içki istehsalında 26 faiz, tütün məmulatlarının istehsalında isə 10 faiz artım müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər