Azərbaycanda xərçəng diaqnozu ilə qeydiyyatda olanların sayı 74 mini keçib

Azərbaycanda tibbi müəssisələrdə bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan insanların sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.

Banker.az-ın verdiyi məlumata görə, 2025-ci ilin yekununda tibbi müəssisələrdə bədxassəli şişlərlə qeydiyyatda olan xəstələrin sayı 74 004 nəfər təşkil edib.

2010-cu ildə bu göstərici 28 052 nəfər idi. 2020-ci ildə xəstələrin sayı 54 403 nəfərə, 2024-cü ildə isə 73 875 nəfərə çatmışdı.

2025-ci ildə Azərbaycanda 15 144 nəfərə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulub. Yeni xəstələrin 8 357 nəfəri qadın, 6 787 nəfəri kişi olub.

Yeni diaqnozlar arasında süd vəzi xərçəngi 2 928 halla ilk sıralardadır. Traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, mədə xərçəngi üzrə isə 1 392 yeni hal qeydə alınıb.

Müqayisə üçün, 2010-cu ildə ölkədə 7 626 yeni xərçəng diaqnozu qeydə alınmışdı.

2025-ci ildə Azərbaycanda 10 102 nəfərin ölüm səbəbi bədxassəli şişlər olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər