İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “ORN Group” MMC ilə 15 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 15.071.218,56 AZN-dir.
Qeyd edək ki, “ORN Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 129 500 manatdır və qanuni təmsilçisi Qəzənfər Bağırovdur.