Azərbaycanda xəstəxanaların və çarpayıların sayı azalıb

Azərbaycanda 2026-cı ilin əvvəlinə xəstəxanaların, xəstəxana çarpayılarının və tibb işçilərinin sayında əvvəlki illə müqayisədə azalma qeydə alınıb.

Banker.az-ın verdiyi məlumata görə, ölkədə xəstəxana müəssisələrinin sayı 2025-ci ilin əvvəlindəki 350-dən 2026-cı ilin əvvəlində 339-a düşüb.

Xəstəxanalardakı çarpayıların sayı eyni dövrdə 40,3 mindən 37,9 minə azalıb. Hər 10 min nəfərə düşən xəstəxana çarpayısının sayı 39,4-dən 36,9-a enib.

Ölkədə bütün ixtisaslar üzrə həkimlərin sayı 35,2 mindən 34,8 min nəfərə, orta tibb işçilərinin sayı isə 57,7 mindən 55,3 min nəfərə düşüb.

Uşaqlar üçün nəzərdə tutulmuş xəstəxana çarpayılarının sayı 4,6 mindən 4,5 minə, hamilə və zahı qadınlar üçün çarpayıların sayı isə 3,6 mindən 3,2 minə enib.

Ambulator-poliklinika müəssisələrinin sayı da 1 676-dan 1 577-yə düşüb.

2011-ci ilin əvvəlində Azərbaycanda 516 xəstəxana və 45,8 min xəstəxana çarpayısı vardı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər