Azərbaycanda ev təsərüfatlarının gəlirlərində adambaşına xaricdən vəsaitlərin həcminə görə lider iqtisadi rayon Lənkərandır.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Lənkəran iqtisadi rayonun xaricdən gələn hər adambaşına düşən vəsait həcmi 13.2 manatdır. Bu isə ikinci pillədə olan Gəncə-Qazax (köhnə qaydada hesablanıb*) iqtisadi rayonunu 52% üstələyir. Gəncə-Qazax iqtisadi rayonunda bu rəqəm ilin ilk yarısında 8.7 manat olub.
Göstəricidə ən aşağı rəqəm Dağlıq Şirvan 0.7 manatla və Kəlbəcər-Laçında 0.1 manatla qeydə alınıb.
Siyahı belədir:
Azərbaycanda ev təsərrüfatlarında əhalinin ölkə xaricindən alınan vəsaitlərinə görə gəlirləri, adambaşına manatla (2021-ci ilin birinci yarısı) | |||
№ | İqtisadi rayon | Gəlirin həcmi, ₼ | Cəmi gəlirlərdə payı, % |
1 | Lənkəran | 13.2 | 4.8 |
2 | Gəncə-Qazax | 8.7 | 3.0 |
3 | Aran | 6.1 | 2.3 |
4 | Naxçıvan MR | 4.1 | 1.3 |
5 | Abşeron | 3.9 | 1.4 |
6 | Bakı şəhəri | 3.3 | 1.1 |
7 | Yuxarı Qarabağ | 3.1 | 1.1 |
8 | Şəki-Zaqatala | 3.0 | 1.0 |
9 | Quba-Xaçmaz | 2.9 | 1.0 |
10 | Dağlıq Şirvan | 0.7 | 0.2 |
11 | Kəlbəcər-Laçın | 0.1 | 0.0 |
*Ölkədə iqtisadi rayonların qurluşu köhnə qayda (1 iyula qədər) götürülüb. Belə ki, Prezidentin son qərarı isə 7 iyul tarixindən sonrakını əhatə edir.