13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq

Azərbaycanda xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə təklif olunan digər dəyişikliklər “Hədəfli maliyyə sanksiyaları haqqında” qanuna uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli təkliflərdir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər