11 C
Baku
Monday, December 23, 2024

Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 4 dəfədən çox artıb

Azərbaycanda 2022-ci ilin iyul ayının 1-nə 18 589 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Dövlət Xidmətindən bildirilir ki, 2022-ci ilin iyul ayının 1-nə fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 19.7% artıb.

2022-ci ilin iyun ayında 439 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu isə 2021-ci ilin müvafiq dövrü (104) ilə müqayisədə 4.2 dəfə çoxdur. İyun ayında qeydiyyata alınmış xarici investisiyalı kommersiya qurumlarının 432-nin fəaliyyəti aktivdir. Ay ərzində qeydiyyata alınmış 433 xarici investisiyalı kommersiya hüquqi şəxsdən 412-i və ya 95.2%-i 100% xarici investisiyalı, 21-i (4.8%) isə birgə mülkiyyətli hüquqi şəxslərdir. 2022-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.8 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər